25 sentyabr 2013 18:07
“Mətbuat konfranslarında sual verilməsinə çətinlik törədildiyini ilk dəfə eşidirəm”
Topaz Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifinin mükafatlandırılması mərasimində iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra baş verən qalmaqal həddindən artıq şişirdilib. Azarkeşlər arasında yaranan narazılıqda xəsarət alan olmursa, bu, qalmaqal deyil. Türkiyə çempionatının son turunda “Beşiktaş” – “Qalatasaray” oyununda baş verənləri yerli azarkeşlər az qala bayram kimi qiymətləndirdilər. Lakin bizə görə, bu, yaxşı hal deyil. Polisin və azarkeşin üstünə gedə bilmərik, mən qalmaqal əleyhinəyəm. Futbola gələn insan burada istirahət etməlidi. Rəqib komandanın azarkeşi ilə 90 dəqiqə rəqib olmaq lazımdı. Azarkeşlərlə, fanatlarla düzgün iş qurulmur, klub rəhbərləri ilə mütəmadi görüşlər keçirmirlər. “Xəzər Lənkəran”ın ev oyunlarını azarkeşsiz keçirməsinə qarşı çıxdım. 5-10 nəfərə görə azarkeşləri futboldan küsdürmək olmaz. Azarkeşlik təhqirdən kənar olmalıdı. Oyunsonrası mətbuat konfranslarına bəzən komandaların baş məşqçiləri gəlmir. Belə olan halda, İntizam Komitəsi onları cərimələyir. Mətbuat konfranslarında sual verilməsinə çətinlik törədildiyini ilk dəfə eşidirəm”.