25 sentyabr 2013 18:16

“Bizim tərəfimizdən Super Kubok üçün hər şey hazırdı”

Topaz Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifinin mükafatlandırılması mərasimində iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

“Klublardan şikayət gəldi-gəlmədi, PFL hər turun bütün oyunlarıınn videoyazısını izləyir. Hakim səhv edibsə, buna görə cəzasını alır. Çox vaxt uduzan komanda günahı hakimdə görür. Hakimlərin tərəfini saxlamaq fikrim yoxdu. Hakim səhvi olmayan heç bir çempionat yoxdu. Çalışırıq ki, heç bir halda qərəz olmasın. Premyer Liqada çıxış edən 10 komandanın hamısı bizim üçün eynidi. Sponsorların qarşısında bəraət qazanmaq üçün məsuliyyəti bizim üzərimizə atırlar. İstədiyiniz hər hansı bir mübahisəli epizod bizdə var. Günahkarlar barəsində mütləq ölçü götürülür. 8 baş hakimin hamısına derbi oyunların idarəçiliyini verə bilmərik. Gələcəkdə daha gənc hakimlərə şans veriləcək, gəncləşdirmə siyasəti aparılacaq. I Divizion və əvəzedicilərdə oyun idarə edən bəzi hakimlərə Premyer Liqada oyun idarəçiliyi şansı yaradacağıq. Bizim tərəfimizdən Super Kubok üçün hər şey hazırdı. Klublar üçün uyğun gün gözləyirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.