25 sentyabr 2013 18:25

Ahmet Sezer: Premyer Liqaya maraq artır

Topaz Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifinin mükafatlandırılması mərasimində iştirak edən “Azerİnteltek” şirkətinin idarə heyətinin sədri Ahmet Sezer fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
 
“Keçən ilin bu günlərində Azərbaycan Premyer Liqasının baş sponsorluğu haqqında müqavilə imzaladıq. Ötən bir ildə qarşımıza qoyduğumuz məqsədlərə çatdığımızı düşünürəm. Premyer Liqanın sponsoru olaraq, müəyyən öhdəliklərimiz var. Orta hesabla hər həftə 4 oyun televiziya vasitəsi ilə canlı yayımlanıb. Azarkeş kütləsi azalır deyirlər, amma digər tərəfdən ölkə çempionatına maraq artır. Bizim müşahidələrimizə görə ciddi azarkeş artımı var. PFL rəhbərliyi ilə birlikdə idmanın inkişafı yolunda müzakirələr aparır, ölkədə idmanın təbliğinə çalışırıq. Müxtəlif yayım qurumlarında da Topaz Premyer Liqasının oyunlarını yayımlamağı düşünürük. Bu zaman isə həm klublar, həm də tərəflər əlavə vəsait qazanacaqlar. Topaz olaraq Azərbaycanın idmanına dəstək veririk və gələcəkdə də verəcəyik. Qarşımızdakı futbol mövsümü hamımız üçün uğurlu olsun. İlk gəldiyimdə sadə vətəndaşlar çempionatda çıxış edən futbolçuların adlarını bilmirdilər, klublar yayıma görə televiziyaya pul ödəyirdilər. İndi isə vəziyyət tam fərqlidi. Biz idman iqtisadiyyatını inkişaf etdirmək üçün gəldik. Yayım, bilet satışı və maraq artdıqca, idman da inkişaf edəcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.