25 sentyabr 2013 18:34

Cavid Hüseynov: Avqustun ən yaxşı qolunun da müəllifi olacağımı gözləyirdim

“Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynovun azerisport.az saytına müsahibəsi
 
- Ayın ən yaxşı oyunçusu seçildiyiniz üçün 1500 manat mükafat aldınız. Bu pulla nə edəcəksiz?
- Siz elə soruşduz ki... Bu, milyon yarım deyil (gülür). Yəqin ki, ailəmlə birgə hardasa oturub qeyd edərik. Həm də pulu hələ almamışam. Mənə kart təqdim etdilər və bildirdilər ki, pasportla yaxınlaşıb müvafiq yerdən ala bilərəm.
 
- Avqustun ən yaxşısı olacağınızı gözləyirdiniz?
- Təkcə ayın ən yaxşı oyunçusu yox, həm də avqustun ən yaxşı qolunun müəllifi olacağımı da gözləyirdim. Amma aldığım qırmızı vərəqə mənim vəziyyətimi çətinləşdirdi.
 
- Deməli, vurduğunuz qolun Con Olureminin qolundan daha yaxşı olduğunu düşünürsüz?
- Düzünü deyim ki, dünənə qədər mən o qolu görməmişdim. Onun da qolu gözəl alınıb. Amma komanda yoldaşlarımın dediyinə görə, mənim vurduğum qol ən yaxşı seçilməliydi. Dubla imza atacağıma ümidliydim (gülümsəyir).
 
- Ola bilsin ki, PFL-in bu tədbirində bir yox, iki futbolçunun iştirak etməsi üçün belə seçim edilib?
- Bu, sizin fikrinizdi. Mən bunu deyə bilmərəm.
 
- Bəzi mətbuat orqanları qırmızı vərəqə alan bir oyunçunun ən yaxşı seçilməsinə qarşı çıxırlar...
- Qoy statistikaya baxsınlar və görsünlər ki, mən karyeram ərzində nə qədər qırmızı vərəqə almışam. Cəmi iki dəfə. Bu qırmızı vərəqəyə görə bu qədər sıxışdırmağı düzgün hesab etmirəm.
 
- Sizin kənardan izləməli olduğunuz daha bir oyununuz qalıb...
- Bəli, “Sumqayıt”la oyunu da buraxmalıyam. Yaxşı formadayam. Bu üzdən komandamın oyununu kənardan izləmək çox ağırdı. Çox təəssüf ki, oynamadığım oyunlarda komandam da vacib xallar itirdi.
 
- Siz məhz bu qırmızı vərəqə və oyun təcrübənizin az olması baxımından Şimali İrlandiya və Rusiya ilə oyunlara da çağırılmaya bilərsiz...
- Bunu sizə kim deyib? Mən yaxşı formadayam, milliyə kömək etməyə hazıram. Bu vacib görüşlərdə də yığmamızın əsas heyətində olmağı çox istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.