25 sentyabr 2013 18:43
Simurq Qəbələ ilə oyuna bir itki ilə hazırlaşır
Topaz Premyer Liqasının 8-ci turunda "Qəbələ"ni qonaq edəcək “Simurq” hazırlıqlara başlayıb. Azerisport.az xəbər verir ki, iki günlük istirahətdən sonra "Şəfa" stadionunda məşqlərə bərpa edən "Simurq"un dünənki hazırlığı yüngül təmrinlər ibarət olub.
İsinmə hərəkətlərindən sonra qruplara bölünərək "kvadrat" oynanılıb. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb.
Bu gün üçün komandan iki məşqə çıxıb. Səhər hazırlığı Zaqatala təmsilçisinin məskunlaşdığı otelin fitness zalında keçilib. Axşam çalışmaları isə "Şəfa" stadionunda baş tutub.
Qeyd edək ki, "sarı-qaralar" "Qəbələ" ilə oyuna hazırlıqları tam heyətlə davam etdirir. 29.09.2013-cü il tarixində "Şəfa" stadionunda keçiriləcək oyunda yalnız "Qarabağ"la matçda qırmızı vərəqə alan Draqan Çeran forma geyinə bilməyəcək.
