25 sentyabr 2013 11:10
Yuri Syomin: Con Toşakın Elnur Allahverdiyevdən imtinası məni maraqlandırmırdı
“Qəbələ”nin baş məşqçisi Yuri Syominin azerisport.az saytına müsahibəsi
- “Qəbələ” 7 turdan sonra Premyer Liqanın vahid lideridi. Bu uğurunuzu necə şərh edə bilərsiz?
- Mən bunu uğur hesab etmirəm. Çünki geridə cəmi 7 tur qalıb. Amma bu, 2014-cü ilin may ayında qeydə alınan uğur olsaydı, möhtəşəm olardı. Bu, sadəcə iş situasiyasıdı. Təbii ki, xoşdu. Şişirtməyə isə ehtiyac yoxdu.

- Yəqin ki, daha çox sevinməyə imkan verməyən fakt “Qarabağ”la “Neftçi”nin sizdən cəmi 1 xal geridə olmasıdı...
- Ümumiyyətlə, turnir cədvəlində böyük sıxlıq var. Ona görə də turdan-tura addımlamaq lazımdı. Turnir cədvəlinə isə çox da əhəmiyyət vermək olmaz. Hər turun oyununa xüsusi yanaşsaq, daha yaxşı olardı. Gələcəkdə necə olacağını isə zaman göstərəcək.
- Bütövlükdə, komandanızın oyunundan razısız?
- Tam yox. Nədənsə razıyyam, nədənsə yox.
- Tam yox. Nədənsə razıyyam, nədənsə yox.
- Nədən razı, nədən narazı olduğunuzu deyə bilərsiz?
- Komandanın hücumdakı oyunundan razıyam. Amma müdafiədən yox.
- Komandanın hücumdakı oyunundan razıyam. Amma müdafiədən yox.
- Elnur Allahverdiyevi ona görə heyətə cəlb etdiniz?
- Rail Məlikovu zədə səbəbindən uzun müddətə itirdik. Təbii ki, belə müdafiə xəttini gücləndirməyimiz vacib idi.
- Rail Məlikovu zədə səbəbindən uzun müddətə itirdik. Təbii ki, belə müdafiə xəttini gücləndirməyimiz vacib idi.
- “Rəvan”la oyunda debüt edən yeni transferinizin çıxışını necə dəyərləndirərdiz?
- Təcrübəli oyunçudu. Həm də Azərbaycan yığmasında çıxış edir. Təbii ki, bundan sonra hər şey onun özünü necə göstərməsindən asılı olacaq.
- Təcrübəli oyunçudu. Həm də Azərbaycan yığmasında çıxış edir. Təbii ki, bundan sonra hər şey onun özünü necə göstərməsindən asılı olacaq.
- Elnuru komandaya dəvət edəndə onun “Xəzər Lənkəran”dan necə uzaqlaşdırıldığını nəzərə almadınız? Axı Con Toşak ondan imtina etmişdi...
- Onun Lənkəranda hansı münasibətlə üzləşməsinin buna heç bir aidiyyatı yoxdu. Bizdə tamamilə fərlqi vəziyyətdi. Futbolçudan kimin nə vaxt imtina etməsi məni maraqlandırmır.
- Növbəti turda komandanızı “Simurq”la oyun gözləyir. Zaqatala klubu ən uğursuz rəqiblərinizdəndi...
- Mən hələ Azərbaycanda “Qəbələ” üçün uğurlu rəqib olduğunu görməmişəm (gülür). “Simurq” möhkəm komandadı. Fiziki cəhətdən yaxşı hazırlıqlıdılar. Buna görə də onlarla oyuna çox ciddi hazırlaşmalıyıq. Bu komandanı məğlub etmək asan olmayacaq. Amma qarşımıza məhz bu hədəfi qoymuşuq. Başqa cür ola da bilməz. Bax buna görə də hazırda 15 xalımız var.