25 sentyabr 2013 11:51
Land of fire Azerbaijan ilə növbəti zəfər (VİDEO, FOTOLAR)
Futbol üzrə İspaniya La Liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Bakı”nın tərəfdaşı, “Land of fire Azerbaijan” forması ilə çıxış edən “Atletiko” da növbəti matçına çıxıb.
Madrid klubu öz meydanında “Osasuna”nı qəbul edib. “Azərbaycan klubu” bu görüşdə 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, hazırda “Atletiko” “Barselona” kimi geridə qalan bütün oyunlarından maksimum xalla (18 xal) ayrılıb və bu iki klub turnir cədvəlinin birinci pilləsini bölüşürlər.
