26 sentyabr 2013 19:11

Azərbaycan Slovakiyaya da uduzub, qrup sonuncusu oldu (YENİLƏNİB)

Volqoqradda 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunan AÇ-2014-ün seçmə mərhələsi çərçivəsində 10-cu qrupun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, məhz bu qrupda mübarizə aparan Azərbaycan millisi bu gün son oyununa çıxıb.
 
Millimiz bu dəfə Slovakiya ilə üz-üzə gəlib. Nikolay Adamın yetirmələri son matçdan qalib ayrılmağa borcluydu. Əks halda millimiz qrupda qalmış olacaq. Təəssüf ki, komandamız qrupun autsayderinə də uduzaraq, özü sonuncu olmaqdan yaxa qurtara bilməyib.
 
Xatırladaq ki, Azərbaycan yığması ilk oyununda İslandiya ilə üz-üzə gəlmiş və 3:3 hesablı heç-heçə ilə kifayətlənmişdi. Meydan sahibi Rusiya ilə oyunda isə komandamız 0:1 hesablı yenilgiylə üzləşmişdi. Slovakiyaya gəlincə, bu komanda Rusiyaya 1:2, İslandiyaya isə 2:4 hesabıyla məğlub olmuşdu.

Qeyd edək ki, bu gün qrupun digər oyununda meydan sahibi Rusiya da İslandiya ilə qarşılaşıb. Həmin oyunda islandlar 2:1 hesabıyla qalib gəliblər.
 
AÇ-2014-ün seçmə mərhələsi
10-cu qrup
26 sentyabr

Azərbaycan - Slovakiya - 2:4
Qollar: Qorelçik, 10 (0:1), Krç, 25 (0:2), B.Kama, 62-pen (1:2), Şpalek, 68-pen (1:3), U.Akmurzayev, 69 (2:3), Kondrlik, 78 (2:4)
Qırmızı vərəqə: A.Qasımov, 66.
Baş hakim: Mixael Tikqaard (Danimarka).
Volqoqrad. “Zenit” stadionu.
 
AZƏRBAYCAN: 1. Ağaseyid Qasımov, 3. Elməddin Məmmədov, 4. Bəhlul Mustafazadə (k), 5. Renat Ağaverdiyev (11. Umar Akmurzayev, 60), 6. Sinan Avan (15. Berdan Yılmaz, 26), 14. Yusif Nəbiyev, 8. Fərid Əsədli, 9. Şahban Cəbrayılov (7. Roman Hüseynov, 56), 16. Emin Zamanov, 10. Elnur Cəfərov, 19. Benhur Kama.
Ehtiyat oyunçular: 12. Tolqa Şahin, 2. Kamran Nəsirov, 23. Elgün Uluxanov, 21. Ozan Altın.
SLOVAKİYA: Yakubeç, 2. Fertal, 14. Vçelka, 6.Krç (k), 8. Beneş, 13. Kopiçar, 15. Vays, 17. Hriç, 7. Şpalek, 11. Qorelçik, 16. Kondrlik.
Ehtiyat oyunçular: 1. Doviçoviç, 9. Miçlik, 10. Mraz.
 
1. İslandiya
3
2
1
0
9-6
3
7
2. Rusiya
3
2
0
1
4-3
1
6
3. Slovakiya
3
1
0
2
7-8
-1
3
4. Azərbaycan
3
0
1
2
5-8
-3
1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.