26 sentyabr 2013 20:55
Azərbaycan İsrailə 5 qol vurdu, qrupda qaldı (YENİLƏNİB)
Avstriyada 19 yaşadək qızlardan ibarət futbol yığmaları arasında təşkil olunan AÇ-2014-ün seçmə mərhələsi çərçivəsində 1-ci qrupun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, məhz bu qrupda mübarizə aparan Azərbaycan millisi də son oyununa çıxıb.
Millimiz bu dəfə İsraillə üz-üzə gəlib. Patrisia Qonsalesin yetirmələrinin bu dəfə nəyə nail olacağı maraqla gözlənilirdi. Komandamız nəhayət ki, qrupun aşkar autsayderi ilə görüşdə ilk qələbəsini qazanmağı bacarıb.
Xatırladaq ki, Azərbaycan yığması ilk oyununda xorvatlarla üz-üzə gəlmiş və 1:3 hesablı məğlubiyyətlə üzləşmişdi. Avstriya ilə görüşdə isə 0:2 hesablı məğlubiyyət qeydə alınmışdı. İsrailə gəlincə, bu komanda Avstriyaya 0:8, Xorvatiyaya 0:5 hesabıyla uduzmuşdu.
Qeyd edək ki, bu gün qrupun digər oyununda Xorvatiya Avstriya ilə qarşılaşıb. Meydan sahibləri 5:0 hesabıyla qalib gəliblər.
AÇ-2014-ün seçmə mərhələsi
1-ci qrup
26 sentyabr
Azərbaycan - İsrail - 5:0
Qol: K.Anaya, 26 (1:0), Ş.Nəsirova, 33 (2:0), N.Cəlilli, 62 (3:0), T.Teylor, 75 (4:0), Perarnau, 83 (5:0)
Baş hakim: Donka Yeleva-Terziyeva (Bolqarıstan)
Lindabrunn. “Lindabrunn Trumau” stadionu.
AZƏRBAYCAN: 1. Aytac Şərifova, 3. Marta Perarnau, 6. Süheyla İltər, 7. Əminə Heydərova (k), 5. Mariya Danqadze, 9. Sabrina Ronaqi, 10. Nigar Cəlilli (4. Ləman Bağırova, 73), 13. Aysun Əliyeva (17. Olya Şioşvili, 46), 18. Tenişa Teylor, 11. Şəfəq Nəsirova (15. Kamilla Məmmədova, 81), 14. Kristina Anaya.
Ehtiyat oyunçular: 12. Hülya Cin, 16. Vivien Hillebrand, 8. Aliyə Vəliyeva.
İSRAİL: 1. Quamil, 3. Bienstok, 8. Simhi, 12. Vaturi, 16. Axtel, 7. Refaeli, 13. Altori, 4. Zelikovits, 5. Diqalo (15. Amar, 46), 10. Maneviç, 11. Dakvar.
Ehtiyat oyunçular: 18. Rubin, 9. Reda, 17. Alul, 2. İbrahim, 6. Khamis, 14. Ben Sadon.
|
1. Avstriya
|
3
|
3
|
0
|
0
|
15-0
|
15
|
9
|
|
2. Xorvatiya
|
3
|
2
|
0
|
1
|
8-6
|
2
|
6
|
|
3. Azərbaycan
|
3
|
1
|
0
|
2
|
6-5
|
1
|
3
|
|
4. İsrail
|
3
|
0
|
0
|
3
|
0-13
|
-18
|
0
|
