25 sentyabr 2013 13:57
Rəşad Sadıqov Neftçiyə qarşı oynamaya bilər
“Qarabağ” Topaz Premyer Liqasının 8-ci turunun “Neftçi” ilə oyunu öncəsi ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun kapitanı Rəşad Sadıqov zədələnib.
Ayağında ağrılar olan futbolçu böyük ehtimalla Azərbaycan derbisində iştirak edə bilməyəcək. Son günlərdə o, zədə səbəbindən komanda ilə məşq edə bilməyib. Fərdi məşqlərlə kifayətlənən Sadıqovun yalnız bu gün ümumi hazırlığa qatılması nəzərdə tutulub.
Təcrübəli futbolçu özü isə zədəsi ilə bağlı bunları bildirib: “Əgər bu gün məşq zamanı ayağımda ağrılar hiss etsəm, böyük ehtimalla “Neftçi” ilə oyunda iştirak edə bilməyəcəm”.
