25 sentyabr 2013 14:21

Bakı fransızlarla əməkdaşlıq sazişi imzalayacaq

"Bakı" Futbol Klubu ilə Fransanın "Lans" klubu arasında əməkdaşlıq sazişi imzalanacaq. Azerisport.az xəbər verir ki, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye açıqlama verib.
 
Səfir qeyd edib ki, Fransa idman sahəsində, xüsusilə futbolda ən yaxşı treninqlər keçirmək təcrübəsinə malkdir və bu əməkdaşlıq çərçivəsində də "Bakı" klubunun üzvləri Fransada bu treninqlərdən yararlanacaqlar.
 
P.Mönye deyib ki, "Bakı" Futbol Klubunun həmçinin İspaniyanın "Atletiko Madrid" klubu ilə də əməkdaşlıq müqaviləsi var: "Beləliklə, üç klub birgə səmərəli əməkdaşlıq edəcək".
 
P.Mönye Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarına hazırlıqla bağlı qeyd edib ki, Fransa şirkətləri idman tədbirlərinin hazırlanmasında böyük təcrübəyə malikdirlər.
 
Səfir bildirib ki, hazırda 20-yə yaxın Fransa şirkəti Bakıdadır. Onun sözlərinə görə, əsas məsələlərdən biri nəqliyyatın menecmentidir: "Bakıda maşınlar çoxdur, tez-tez tıxaclar olur. 2015-ci ildə hərəkətin tənzimlənməsi üçün xüsusi yollar ayrılmalıdır, xüsusi avtobuslar olmalıdır. Fransanın "Sistira", "Egit" şirkətləri bu sahədə təkliflərini irəli sürüblər. Digər fəaliyyət sahələrində də, məsələn, atəşfəşanlıq, müvəqqəti stadionların qurulması, hazır binaların daxilində bəzi işlərin görülməsində və digər sahələrdə fransız şirkətləri öz xidmətlərini təklif edirlər".
 
Səfir gənclər və idman naziri Azad Rəhimovun Fransaya dəvət olunduğunu deyib. Diplomat idmanın iki ölkə arasında əməkdaşlıq sahələrindən biri olduğunu vurğulayıb. (Trend)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.