25 sentyabr 2013 14:42
Subaşiç: Çətin ki, növbəti turda da meydana çıxa bilim
Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Orduspor” klubunun hücumçusu Branimir Subaşiç aldığı zədəsindən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Hələlik yalnız yüngül məşqlərlə kifayətlənirəm. Amma baş məşqçi mümkün qədər tez sıraya dönməyimi istəyir. Böyük ehtimalla 7-ci turunun “İstanbul BB” ilə oyununda iştirak ərizəsində yer alacağam. Bunu həkimlər deyib. Amma çətin ki, bu oyunda meydana çıxım. Çünki tam hazır deyiləm. Bizi çox çətin oyun gözləyir. Rəqibimiz ciddi komandadı. Birinci hissədəki yerimizi qorumaq üçün xal qazanmağa davam etməliyik”.