25 sentyabr 2013 14:53
Azərbaycan DÇ-2017-yə ev sahibliyi etmək üçün namizədliyini irəli sürdü
Azərbaycan futbol üzrə iki dünya çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Azerisport.az xəbər verir ki, AFFA 17 və 20 yaşlılar arasında 2017-ci ildə keçiriləcək dünya çempionatlarından birinin təşkilində maraqlıdı.
Bu dünya birinciliklərinə Azərbaycanla yanaşı daha bir neçə ölkə namizəddi. Bunlar Bəhreyn, İngiltərə, Fransa, Cənubi Koreya, Meksika, Polşa, İrlandiya, Səudiyyə Ərəbistanı, CAR, Tunis və Ukraynadı.
