25 sentyabr 2013 15:15
Con Oluremi: Sumqayıtın qapısına vurduğum qolu həmişə xatırlayacam
Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasında avqust ayının ən yaxşı qolunun müəllifi AZAL-da çıxış edən amerikalı hücumçu Con Oluremi seçilib. Azerisport.az saytına müsahibəsində o, bu və digər məsələlərlə bağlı sualları cavablandırıb.
- Avqustun ən yaxşı qoluna görə aldığınız mükafatla əlaqədar təəssüratlarınız necədi?
- Çox xoş. Fərdi mükafat qazanmaq hər bir futbolçunun xoşuna gəlir.

- Ən yaxşı qolun müəllifi olduğunuzu nə vaxt eşitdiniz?
- Bir neçə gün öncə. Amma düzünü deyim ki, qalib olacağımı gözləmirdim.

- Qolunuz o qədər də gözəl alınmamışdı?
- Xeyr. Sadəcə, mən belə bir mükafatın mövcud olmasından xəbərsiz idim. Yeri gəlmişkən, bu, mənim ilk mükafatım deyil. Bir dəfə də bu nominasiya üzrə qalib olmuşdum. Amma Azərbaycanda yox. Mən yaxşı sürprizləri sevirəm. Bundan sonra “Sumqayıt”a vurduğum qolu həmişə xatırlayacağam.

- Sizin keçmiş komanda yoldaşlarınız Zohair Benuahi və Junior Nildo bu cür mükafatların sahibi olmuşdular. Onlar bu il daha iddialı klubda çıxış edirlər. Siz də onların davamçısı olmaq fikrində deyilsiz?
- AZAL hazırda “Xəzər Lənkəran”ı turnir cədvəlində qabaqlayır (gülür). Təbii ki, mən də daha güclü klublarda oynamağa hazıram. Amma karyeramı vətənimdə - ABŞ-da başa vurmaq istəyirəm. Həm də AZAL-dakı indiki durumumdan razıyam.

- Komandanızın çıxışını, turnir cədvəlindəki mövqeyinizi necə qiymətləndirə bilərsiz?
- Biz dördüncü yerdə gedirik. Bu, tamamilə layiqli bir nəticədi. Əksər favoritləri qabaqlayırıq. Düzdü, son turda uduzduq. Amma heç kim qarşıda nələr olacağını bilmir. Hətta mümkündü ki, biz də ilk pilləyə yüksələr. Ən azından bunu çox arzulayırıq.

- “Rəvan”la qarşıdakı oyundan nə gözləyirsiz?
- Çətin oyun olacaq. Xüsusilə “Xəzər Lənkəran”a məğlubiyyətdən sonra. Amma bizə bu oyuna çox yaxşı hazırlaşmaq lazımdı.