25 sentyabr 2013 16:10
“İndiyə qədər hansı klub PFL-in sayəsində kubok və ya çempionluq qazanıb”?
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasındakı hakim səhvlərindən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Biz hakim səhvlərinə görə klubların müraciətini gözləmirik. Hansısa səhv olduqda, özümüz müvafiq qərarlar qəbul edirik. Futbol hakimlərini az qala hər epizoda görə günahkar çıxarırlar. Amma harda səhv yoxdu ki? Müxtəlif şayiələr gəzir ki, PFL hansısa klublara kömək edir. İndiyə qədər hansı komanda Azərbayan kubokunu və ya çempionatını PFL-in sayəsində qazanıb? Bu, sadəcə nəticə qazana bilməyən klubların sponsorlar qarşısında öhdəliklərini yerinə yetirmədikləri üçün axtardıqları bəhanədən başqa bir şey deyil. Hakimlik haqda çox danışmaq olar”.