25 sentyabr 2013 17:27
PFL Cavid Hüseynova 1500 manat mükafat verdi (FOTO)
Bu gün “Fairmont” otelində Topaz Premyer Liqasının avqust ayı üçün seçdiyi qaliblərin mükafatlandırma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, “Bakı”nın üzvü Cavid Hüseynov “ayın ən yaxşı oyunçusu” nominasiyasının qalibi olub.
Yarımmüdafiəçiyə xüsusi kubok və 1500 manat pul mükafatı təqdim olunub.
Xatırladaq ki, Hüseynov ötən ay “zolaqlılar”ın heyətində “Simurq”la görüşdə iki, “Rəvan”la matçda isə bir dəfə rəqib qapısına yol tapıb.
