26 sentyabr 2013 18:33

Saşa Stamenkoviç: Qarabağla matçda məqsədimiz bəllidi

“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, Topaz Premyer Liqasının 8-ci turunda qarşılaşacaqları “Qarabağ”la oyun öncəsi bunları söyləyib:
 
“Çempionatın 7 turu artıq geridə qalıb. Bəzi oyunlarda xal itirməsəydik, hazırda ilk pillədə də ola bilərdik. Bununla belə, liderlər qrupunda qərarlaşmışıq və çempionluq mübarizəmizi davam etdiririk. Hər oyunda olduğu kimi, “Qarabağ”la matçda da məqsədimiz bəllidi. Əlbəttə, hər qapıçı istəyər ki, meydanı qol buraxmadan tərk etsin. Bununla belə, qələbə daha vacibdir. Azarkeşlərin bu görüşə “Avropa derbisi” adı verməsi də məncə təsadüfi deyil. Şübhəsiz ki, bu qarşılaşma da Avropa Liqasının qrup mərhələsində “Partizan” və “Rubin” komandalarına qarşı keçirdiyimiz oyunlar qədər maraqlı olacaq. Derbi oyunları nə qədər çox olsa, həm çempionatın səviyyəsi yüksələr, həm də stadionlara daha çox azarkeş gələr”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.