27 sentyabr 2013 00:55
Xəzər Lənkəran İnterlə oyun öncəsi son məşqinə çıxdı (FOTOLAR)
Bu gün doğma meydanında paytaxtın “İnter” klubunu qonaq edəcək “Xəzər Lənkəran” oyunöncəsi son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, komanda bir saat davam edən hazırlıq müddətində əsasən taktiki və ev tapşırıqları çalışmalarını yerinə yetirib.
Hazırda “Xəzər Lənkəran”ın heyətində zədəli futbolçu yoxdu. Bu da məşqçilər korpusunu sevindirən məqamdı.
Xatırladaq ki, Xəzər Lənkəran” – “İnter” matçı saat 19:00-da start götürəcək.
Məşqdən çəkilən fotoları təqdim edirik. (klub saytı)
