26 sentyabr 2013 13:49

Slavço Georgiyevski: İnter Lənkərana ancaq qələbə üçün gedir

“İnter”in yarımmüdafiəçisi Slavço Georgiyevskinin azerisport.az saytına müsahibəsi
 
- Komandanızın işləri necə gedir?
- Hər şey normaldı. Hazırda Lənkərana gedirik. Elə indicə dayandıq. Şokoladla çay içirdik.
 
- Digər komanda yoldaşlarınızla müqayisədə əhvalınızın yaxşı olduğunu hiss etdik...
- Son turun “Bakı” ilə oyununda komandamız xarakter nümayiş etdirdi. Biz sübut etdik ki, “İnter”i hesabdan silmək tezdi. Fikrimcə, artıq bütün uğursuzluqları geridə qoymağın zamanı çatıb. “İnter” artıq özünə gəlir.
 
- “Bakı” ilə ev oyunundakı heç-heçə ilə?
- Məsələ təkcə nəticədə deyil. Komandadakı vəziyyət də yaxşılaşır. Futbolçular psixoloji cəhətdən özlərinə gəlirlər. Qol vurub uduzduğumuz günlər artıq geridə qaldı. Klub rəhbərliyi komandanı tam olaraq dəstəkləyir.
 
- “Xəzər Lənkəran”la oyun öncəsi heyətdə itki yoxdu ki?
- Xeyr. Hər kəs sıradadı və qaydasındadı.
 
- Lənkərandakı oyundan nə gözləyirsiz?
- Rəqibə hörmətlə yanaşırıq. Başa düşürük ki, çətin olacaq. Amma Lənkəranda qələbə qazanmağa borcluyuq. Ora yalnız bunun üçün gedirik. Həm də biz bu il onların meydanında qələbə qazanmışıq. Niyə həmin uğuru yenidən təkrarlamayaq?
 
- Amma həmin vaxt meydanda fərqli “İnter” mübarizə aparırdı. “Xəzər Lənkəran” da mövsümə pis başlamasıan rəğmən, artıq özünə gəlməyə başlayıb və sizdən fərqli son iki oyununda inamlı qələbələr qazanıb...
- Bizim uğurlu çıxış etməyimiz üçün çoxlu arqumentlər var.
 
- “İnter” bu mövsüm nəyə ümid edir?
- İnanın ki, bizim üçün hələ heç nə itirilməyib. Mövsüm çox uzun olacaq. Ötən tur bütün liderlərin necə xal itirdiyini hamınız gördünüz. Ümid edirəm ki, bizim üçün də hər şeyin yaxşıya doğru dəyişəcəyi günlər gələcək.
 
- Komandanız həm vurduğu, həm də buraxdığı qolların sayına görə ikinci yerdə gedir...
- Bu, aydın məsələdi. Bundan sonra sadəcə vurulan qolların sayını artırmaq lazımdı ki, turnir cədvəlində üst pillələrə yüksələk. Eyni zamanda qapımızın təhlükəsizliyini təmin etmək də şərtdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.