26 sentyabr 2013 14:33
Ruslar AFFA-dan 700 bilet istədi
Rusiya Futbol İttifaqı AFFA-ya müraciət edib. Azerisport.az xəbər verir ki, şimal qonşularımız DÇ-2014-ün seçmə mərhələsində Bakıda keçiriləcək Azərbaycan – Rusiya matçına bilet istəyiblər.
Ruslar bu oyunda 700 azarkeşlə təmsil olunmaq arzusundadı. Ona görə də AFFA qarşı tərəfə məhz bu qədər bilet ayıracaq.
Qeyd edək ki, bu oyunun keçiriləcəyi “Bakcell Arena” 14 min azarkeş tutumuna malikdi. Azərbaycan – Rusiya matçının oktyabrın 15-də baş tutacağını da vurğulayaq.
