26 sentyabr 2013 14:12
8-ci turun dörd oyunu canlı yayımlanacaq
Topaz Premyer Liqasında 8-ci turun dörd oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, həmin oyunlar aşağıdakılar olacaq:
Topaz Premyer Liqası
8-ci tur
27 sentyabr (cümə)
“Xəzər Lənkəran” – “İnter”
Lənkəran şəhər stadionu, 19:00 (canlı, “İdman Azərbaycan”)
28 sentyabr (şənbə)
“Neftçi” – “Qarabağ”
“BakcellArena” stadionu, 19:00 (canlı, “İdman Azərbaycan”)
“Bakı” – “Sumqayıt”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 16:00 (canlı, AZTV)
29 sentyabr (bazar)
“Rəvan” – AZAL
“Bayil Arena” stadionu, 19:00 (canlı, “İdman Azərbaycan”)
