26 sentyabr 2013 15:35
İnter artıq Lənkərandadı
Məlum olduğu kimi, Premyer Liqanın 8-ci turu çərçivəsində “İnter” səfərdə “Xəzər-Lənkəran”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu gün Lənkərana yollanıb.
Artıq mənzil başına çatan “bankirlər” “Qafqaz Sahil otel”ində məskunlaşıb.
Qeyd edək ki, bu gün komanda Lənkəran şəhər stadionunda oyun öncəsi məşqə çıxacaq.
Əlavə edək ki, “Xəzər-Lənkəran” qarşılaşması sabah keçiriləcək və saat 19:00-da başlayacaq.
