26 sentyabr 2013 16:09
Erik Ramos: Gücündən asılı olmayaraq bütün rəqiblərə hörmətlə yanaşırıq
“Neftçi”nin futbolçusu Erik Ramos Topaz Premyer Liqasının 8-ci turunun “Qarabağ”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları dilə gətirib:
“Gücündən asılı olmayaraq bütün rəqiblərə hörmətlə yanaşırıq. “Qarabağ” kollektiv şəkildə yaxşı oynamaqla yanaşı, həm də komanda yoldaşlarım kimi fərdi ustalığı yüksək olan futbolçulara malikdir. Rəqibimiz son ev oyunlarını “Bakcell Arena”da keçirib və demək olar ki, bu stadionda oynamağa alışıb. Bu səbəbdən də qonaq komanda anlayışı o qədər önəmli deyil. Fikrimcə, hər iki komandanın azarkeş dəstəyi güclü olacaq. Biz də çalışacağıq ki, gözəl futbol nümayiş etdirib onları sevindirək”.
