26 sentyabr 2013 16:18
PFL iki oyunun başlama tarixini dəyişdirdi
“Araz Naxçıvan” klubu PFL-ə müraciət edərək, ev oyunlarının keçirildiyi stadionda dövlət əhəmiyyətli tədbirlərin keçirilməsilə əlaqədar olaraq 5 və 6-cı turun oyunlarının bir gün əvvələ keçirilməsinə icazə verilməsini xahiş edib. Azerisport.az xəbər verir ki, bu səbəbdən də yuxarıda qeyd olunanları, “Karvan” və “Lokomotiv” klublarının razılıq məktublarını nəzərə alaraq PFL prezidenti Ramin Musayev əmr imzalayıb.
Əmrə əsasən 5-ci turun “Araz Naxçıvan” – “Karvan” matçı 13 oktyabr 2013-cü il tarixindən 12 oktyabr 2013-cü il tarixinə və 6-cı turun “Araz Naxçıvan” – “Lokomotiv” matçı 27 oktyabr 2013-cü il tarixindən 26 oktyabr 2013-cü il tarixinə keçirilib.
