26 sentyabr 2013 16:52
8-ci turun canlı yayımlanacaq oyunları dəyişdirildi
Topaz Premyer Liqasında 8-ci turun üç oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Maraqlıdı ki, bu səhər qurumun bu barədə yaydığı məlumatda dörd oyunun təqdim olunacağı bildirilirdi. Lakin son məlumata görə, “İdman Azərbaycan” sabah keçiriləcək “Xəzər Lənkəran” – “İnter” matçını canlı göstərməyəcək.
Eyni zamanda bazar günün “Rəvan” – AZAL matçının canlı yayımlanacağı bildirilsə də, son məlumata görə, bu qarşılaşmanın əvəzində “Simurq” – “Qəbələ” oyunu göstəriləcək.
Topaz Premyer Liqası
8-ci tur
28 sentyabr (şənbə)
“Bakı” – “Sumqayıt”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 16:00 (canlı, AZTV)
“Neftçi” – “Qarabağ”
“BakcellArena” stadionu, 19:00 (canlı, “İdman Azərbaycan”)
29 sentyabr (bazar)
“Simurq” – “Qəbələ”
Bakı. “Şəfa” stadionu, 18:00 (canlı, “İdman Azərbaycan”).
