27 sentyabr 2013 16:36
Topaz Premyer Liqası, 8-ci tur: Əfqan Talıbovun proqnozu
Veteran futbolçu Əfqan Talıbov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 8-ci turunun oyunları üçün proqnozlarını açıqlayıb.
Xəzər Lənkəran – İnter
Lənkəranlılar hazırda yaxşı vəziyyətdədilər. Ardıcıl iki qələbə də buna sübutdu. Psixoloji cəhətdən bu komandaya daha asan olacaq, nəinki “İnter”ə. Paytaxt klubu isə hadisələrin müsbət axarına yalnız erkən qol vuracağı halda ümid edə bilər. Lənkəranda bir dəfə belə oynayıb uğur qazana biliblər. Bütövlükdə, “Xəzər Lənkəran”ın qalib gəlmək şansının 70-in 30-a daha çox olduğunu düşünürəm.
Bakı – Sumqayıt
“Sumqayıt”ın son turdakı “Neftçi” ilə heç-heçəsini təsadüfi hesab edirəm. Bakılıların sadəcə bəxti gətirmədi. Amma bu, “Bakı”nın bu komanda ilə oyundakı işinin asan olacağı anlamına gəlmir. Sumqayıtlılar çox təhlükəli əks-hücumlar qururlar. “Bakı” qələbə qazanmalıdı.
“Sumqayıt”ın son turdakı “Neftçi” ilə heç-heçəsini təsadüfi hesab edirəm. Bakılıların sadəcə bəxti gətirmədi. Amma bu, “Bakı”nın bu komanda ilə oyundakı işinin asan olacağı anlamına gəlmir. Sumqayıtlılar çox təhlükəli əks-hücumlar qururlar. “Bakı” qələbə qazanmalıdı.
Neftçi – Qarabağ
Hər iki komanda ötən tur xal itirib. Bu üzdən ehtiyatlı oynamağa çalışacaqlar. Digər tərəfdən “Qəbələ” amilini də nəzərə almaq lazım gələcək. Çünki bu komanda aradakı fərqi daha da artıra bilər. Maraqlı, güzəştsiz mübarizə olacaq. Oyunda favorit olmadığını düşünürəm. Heç-heçə variantını seçirəm.
Simurq – Qəbələ
Maraqlı qarşıdurma olacaq. “Simurq” müdafiədə, “Qəbələ” hücumda sabit oyun sərgiləyir. Digər komandalarla müqayisədə Yuri Syominin komandası bu mövsüm daha sabit çıxış edir. Bu üzdən onların bu görüşdə də şanslarının yüksək olduğunu düşünürəm. Fikrimcə, “Qəbələ” qələbə qazanacaq.
Rəvan – AZAL
Komandalardan biri son pillələrdən yaxa qurtarmaq istəyir, digər liderlərdən uzaqlaşmamağı. Turnir nöqteyi nəzərindən hər iki komanda üçün vacib oyundu. Son iki turda AZAL məğlubiyyətlə üzləşib. Növbəti məğlubiyyət onların iddialarına böyük zərbə vuracaq. Fikrimcə, az qol olacaq və heç-heçə qeydə alınacaq.
