27 sentyabr 2013 16:52

“Hər kəs bizdən Avropa Liqasına vəsiqə qazanmağı gözləyir”

"Qəbələ"nin cari mövsümdəki uğurlu çıxışı UEFA-nın rəsmi internet səhifəsində işıqlandırılıb. Azerisport.az xəbər verir ki, Avropanın ali futbol qurumu saytında komandanın Yuri Syominlə başlayan yeni inkişaf mərhələsindən bəhs edib:
 
"Syominin qalib "Qəbələ" düsturu" başlıqlı yazıda "qırmızı-qaralar"ın Rusiyanın tanınmış futbol mütəxəssisinin gəlişindən sonra uğur qazanmağa başlamasından söhbət açılıb. Mətndə “Lokomotiv" (Moskva) və “Dinamo"da (Kiyev)  çalışmış mütəxəssisin fikirlərinə də yer verilib. Syomin açıqlamasında "Qəbələ"dən təklif almasından, klubun infrastrukturundan və hədəflərindən bəhs edib:
 
“Qəbələ"dən təklif aldıqdan sonra ölkə haqqında məlumat aldım, klubun infrastrukturu və hədəfləri barədə maraqlandım. Klubun prezidenti ilə söhbət etdikdən sonra qərar vermək üçün bir az düşündüm, komandanın bəzi liqa oyunlarına baxdım və nəhayət təklifi qəbul etdim. Ümumiyyətlə, burada olmağıma şadam, komandamı yüksək zirvələrdə, o cümlədən liqanın yüksək kürsüsündə görmək istəyirəm. Bunun üçün çox çalışırıq, gənc futbolçuların inkişafı üçün xeyli vaxt sərf edirik. Məsələn, həftədə bir dəfə əsas komanda ilə əvəzedici komanda arasında oyun təşkil edirik. Bu isə gənclərin inkişafına çox kömək edir".
 
Syomin söhbət zamanı Azərbaycanın inkişaf tempindən danışıb və onu daha əvvəl çalışdığı Tacikistan və Yeni Zenlandiya ilə müqayisə edib. O, Bakının artıq megapolis olduğunu, getdikcə daha gözəl və müasir görkəm aldığını, burada futbola böyük sərmayə qoyulduğunu söyləyib. Rusiyalı mütəxəssis komandanın hazırkı durumunu dəyərləndirməyi də unutmayıb:
 
“Hər kəs bizdən ölkə çempionatında yüksək yer tutmağı və ya heç olmasa Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanmağımızı gözləyir. Hazırda komandamdan razıyam, amma hələ çatışmazlıqlarımız var. Müdafiə xəttimizi gücləndirməliyik və sabit oyun nümayiş etdirməliyik. Komandaya yeni qoşulan futbolçuların səviyyəsi məni razı salır, amma onların əsl səviyyəsi  barədə gələn ilin mayında müzakirə apara bilərik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.