27 sentyabr 2013 11:15

Jerve Martel: Azərbaycan Land of Fire ilə çıxış etməkdən qürur duyuruq

Ötən gün Fransada yerli “Lans” klubu ilə “Bakı” arasında əməkdaşlıq müqaviləsi imzalandı. Azerisport.az xəbər verir ki, sözügedən sənədi fransızlardan klub prezidenti Jerve Martel, “zolaqlılar”dan isə icraçı direktor Yaşar Seyidov imzaladı.
 
“Bakı” rəsmisi bu əməkdaşlıqla bağlı fikirlərini açıqladı: “Bu layihə futbolun inkişafına çox böyük dəstək olacaq. Bizim əsas hədəfimiz Azərbaycan futbolunun inkişafınanail olmaqdı. Yəni burda söhbət yalnız “Bakı”dan getmir. Biz uşaq futbolunu prioritet hesab edirik. Bu üzdən də “Lans”la əməkdaşlıq çərçivəsində baş tutacaq layihələrimizdə təkcə öz klubumuzun yox, digər komandalarımızın da uşaqları iştirak edə biləcəklər. Əbəs yerə “Lans”la əməkdaşlığa üstünlük vermirik. Fransa dünya futbolunun liderlərindən biridi. UEFA prezidenti fransızdı. Zinədin Zidan Azərbaycanda ən sevimli futbolçulardan biridi”.

“Lans”ın prezidenti Jerve Martel isə “Bakı”nın prezidenti Hafiz Məmmədovla tanışlığından danışıb:
 
“İlk olaraq cənab Hafiz Məmmədova təşəkkürümü bildirmək istəyirəm. Hafiz müəllim bizim klubumuzun xilaskarıdı. O, çətin durumda olan “Lans”a dəstək verməklə 100-dən artıq yaşı olan klubumuza ikinci nəfəs verdi. Biz bunun məsuliyyətini dərk edirik. Biz Hafiz Məmmədovla iyul ayında Lansda tanış olduq. O, futbolu anlayır və bu idman növünü çox sevir. Ən əsası da öz ölkəsini çox sevir. Mən bunu ilk görüşümüzdəcə başa düşdüm. Elə həmin ay mən Bakıya gəldim. Orda əməkdaşlıq üçün müxtəlif məsələləri müzakirə etdik. Fikrimcə, yenicə imzalanan bu əməkdaşlıqdan hər iki tərəf qazanacaq. İndi komandamızda heç bir problem qalmayıb. Sadəcə, meydana çıxıb qələbə qazanmaq qalır. Biz başa düşürük ki, hazırkı vəziyyətimiz o qədər də yaxşı deyil. Amma zaman keçdikcə “Lans” PSJ kimi klublarla rəqabət apara biləcək. Bizi uzun və çətin yol gözləyir”.
 
“Komandamız Fransa 1-ci liqasına vəsiqə uğrunda mübarizə aparır və mən sizə söz verirəm ki, biz bu çətin vəzifənin öhdəsindən gələciyik. Azərbaycan bizim üçün çox maraqlı ölkədi. Fransa və Azərbaycan müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirlər. Biz Azərbaycanın sürətli inkişafının şahidiyik. Ölkəniz qısa müddət ərzində böyük yol qət edib. Vurğulamaq istəyirəm ki, Azərbaycan idmana böyük diqqət ayrılan lider ölkələrdən biridi. Təsadüfi deyil ki, bu maraq ölkə sərhədlərini aşaraq Fransaya qədər uzanıb”.
 
“Biz “Azərbaycan Land of Fire” titullu reklamı ilə çıxış etməkdən qürur duyuruq. Azərbaycana etdiyim səfərlər nəticəsində formalaşan fikirlərimə görə bu ölkənin parlaq gələcəyi var. Bu ölkənin Hafiz Məmmədov kimi fədakar insanları var. İnanıram ki, əməkdaşlığımız hər iki tərəf üçün faydalı olacaq. Azərbaycan futbolunun inkişafına öz təhfəmizi vermək istəyirik. Arzu edərdim ki, yaxın zamanlarda “Lans”da azərbaycanlı futbolçuların çıxışlarını izləyək. Bunun üçün bütün zəruri şəraiti yaratmağa hazırıq”.
 
“Lans Fransanın ən gənc şəhərlərindən biridir. Nor-Pa-De-Kale əyalətinin 4 milyon əhaliyə malik əhalisi “Lans” futbol klubu ilə nəfəs alır.  Sonda bir daha cənab Hafiz Məmmədova dərin təşəkkürümü bildirirəm ki, “Lans”a dəstək verməklə, həm klubun ənənələrini yaşadır, həm də Azərbaycan futbolunun inkişafına yönəlmiş fəaliyyətində aparıcı ölkələrin təcrübəsindən yararlanaraq öz xalqına xidmət etmiş olur”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.