28 sentyabr 2013 00:01
Con Toşak: İstədiyimiz oyunu göstərə bilmədik
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilmiş “İnter”lə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin uelsli çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Erkən qol “hədiyyə”si etdik. Hesabda geri düşdükdən sonra isə rəqib qapısına doğru hər tərəfdən hücumlar təşkil etsək də cəhdlərimiz bir nəticə vermədi. “İnter” erkən qol vurub müdafiəyə qapandı. İstədiyimiz oyunu göstərə bilmədik. Meydança bərbad vəziyyətdə idi”.
