28 sentyabr 2013 00:23

Sumqayıt Müşahidə Şurası yaratdı (FOTOREPORTAJ)

2013-cü ilin avqust ayında AFFA-nın İcraiyyə Komitəsinin keçirilmiş iclasında Topaz Premyer Liqasında çıxış edən klublarda İdarə heyətinin yaradılması ilə bağlı qərar qəbul olunub. Azerisport.az xəbər verir ki, bununla əlaqədar olaraq, "Sumqayıt" Futbol Klubu Müşahidə Şurasının tərkibini elan etmək məqsədi ilə mətbuat konfransı təşkil edib.
 
Yeni stadionda baş tutan tədbirdə “Sumqayıt” FK-nun prezidenti Kamran Quliyev çıxış edərək Müşahidə Şurasının tərkibi haqqında məlumat verib. Əvvəlcə gələn qonaqları salamlayan klubun rəhbəri "Sumqayıt" FK-nun yeni strukturu haqqında danışıb. Quliyev Müşahidə Şurasının hansı məqsədlər əsasında yarandığına aydınlıq gətirərək şuranın vəzifələrini açıqlayıb. Qeyd edildiyi kimi Müşahidə Şurasına dəvət alan şəxslər birbaşa klubun təsisçiləri tərəfindən işə dəvət olunur. Şuranın əsas vəzifəsi ictimai iş olaraq klubun rəhbərini seçmək və ya işdən azad etmək, rəhbərliyə müəyyən təklif və tövsiyyələr vermək, klubun idarəetmə işinə nəzarət etmək, əlaqələrin genişləndirilməsi, kluba yeni investitsiyaların cəlb olunmasından və s. ibarət olacaq.
 
Daha sonra Kamran Quliyev KİV nümayəndələrinin suallarını cavablandırıb. 
 
Ardınca jurnalistlər klubun rəhbərliyi ilə birlikdə yeni stadionunla tanış olub. Yeni arenanın mətbuat konfransı otağı, fitnes zalı, soyunub-geyinmə və dopinq otaqlarında olan qonaqlar mərkəz haqqında fikir müdadiləsi aparıb. Quliyev isə öz növbəsində yeni stadionun tikintisində böyük rolu olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, Azərikimya İstehsalat Birliyinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına öz münnətdarlığını bildirib.
 
"Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının tərkibi
1. Muxtar Babayev - "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri
2. Hacı Salayev - Millət vəkili
3. Elgin Həbibullayev - Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini
4. Vaqif Ömərov - "Azərikimya" İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri
5. Mürsəl Rüstəmov - "Paşa Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri
6. Telman Salahov - Əməkdar məşqçi, SSRİ idman ustası, futbol veteranı
7. Abdulla Məmmədov - Azərbaycan Respublikasının fəxri bədən tərbiyyəsi və idman işçisi

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.