27 sentyabr 2013 12:26
Sumqayıtın yeni arenası Yuventusun stadionuna bənzəyəcək (FOTO)
Məlum olduğu kimi, Mehdi Hüseynzadə adına şəhər stadionunda yenidənqurma işləri aparılır. Azerisport.az xəbər verir ki, arenada aparılan yenidənqurma işləri tam başa çatdıqdan sonra “Sumqayıt”ın ev oyunlarını keçirəcəyi bu stadion 15 min azarkeş tutumuna malik olacaq.
Layihəyə əsasən “Mehdi Hüseynzadə” İtaliyanın “Yuventus” klubunun ev oyunlarını keçirdiyi “Yuventus Arena”ya bənzəyəcək.
