28 sentyabr 2013 00:28
Qurban Qurbanov: Neftçi ilə görüşdə nəticə ilə yanaşı yaxşı oyun da vacibdi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi
- “Neftçi” ilə oyuna necə hazırlaşa bilmisiz?
- Bizim hazırlıq üçün bir həftə vaxtımız vardı. Müəyyən çətinliklərimiz oldu. Bütövlükdə, normal hazırlaşmışıq.

- Prinsipial oyuna bütün futbolçular hazırdılar?
- Rəşad Sadıqovun bu oyunda iştirakı sual altındadı. Qalanları qaydasındadı.

- Sadıqovun bu oyunda iştirakı komanda üçün nə dərəcədə vacibdi və ya onun yoxluğu digərlərinə necə təsir göstərə bilər?
- Onun bu oyunda iştirakı komanda üçün çox vacibdi. Rəşadın təcrübəsi bizə çox fayda verir. Onun yoxluğu oyunumuza təsir göstərə bilər. Amma bu problemi oyuna qədər aradan qaldırmağa çalışacağıq.

- “Qarabağ” artıq üç turdu qələbə qazana bilmir. Oyun getmir, yoxsa Avropa Liqasından sonrakı psixoloji problemlər sözünü deyir?
- Oyunumuzun getmədiyini deməzdim. Əksinə, son üç oyunun hər birində rəqiblərimizdən daha yaxşı təsir bağışlamışıq. Ola bilər ki, müəyyən psixoloji çətinliklər sözünü deyir. Çünki fasiləsiz məşqlər və oyunlar futbolçulara təsirsiz ötüşmür. İndi bu vəziyyətdən çıxmaq lazımdı.

- “Neftçi” də sabit oyun sərgiləyə bilmir...
- Hər iki klub bütün Azərbaycan çempionatlarında çıxış edib. Bu illər ərzində klublar arasında həmişə yaxşı münasibətlər olub. Şübhəsiz ki, onlar da bizim kimi qələbə qazanmağı çox istəyirlər. Amma nəticə ilə yanaşı, yaxşı oyun sərgiləmək də vacibdi.
- Heç-heçə də komandanız üçün uyğun nəticə sayılacaq?
- Bu barədə oyundan sonra müzakirə yürütmək olar. Hərdən pis oynayıb, yaxşı nəticə qazanırsan. Hərdən də tam tərsinə olur. Məsələn, elə oyunlarımız da olub ki, uduzsaq da, komandamdan razı qalmışam.

- Tutaq ki, pis oynayıb, heç-heçə etsəz, razı qalacaqsız?
- Məni ilk növbədə pis oyun məyus edir. Əgər yaxşı oynasaq, nəticə də gələcək.