27 sentyabr 2013 12:57
İsrafilov qol vurdu, Mursiya 9:0 hesabıyla qalib gəldi
İspaniyanın “Real Mursiya” klubu yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda “Totana” ilə qarşılaşıb.
Futbol üzrə Azərbaycan yığmasına namizəd sayılan Eddi İsrafilov da bu görüşün iştirakçısı olub. “Real Mursiya” oyundan 9:0 hesablı qələbə ilə ayrılıb.
Anası azərbaycanlı olan Eddi qarşılaşmanın ilk 45 dəqiqəsində meydanda olub. O, bu oyunda komandasının vurduğu qollardan birinin müəllifi olub.
Anası azərbaycanlı olan Eddi qarşılaşmanın ilk 45 dəqiqəsində meydanda olub. O, bu oyunda komandasının vurduğu qollardan birinin müəllifi olub.
