27 sentyabr 2013 13:45

Sumqayıt Müşahidə Şurası yaratdı

2013-cü ilin avqust ayında AFFA-nın İcraiyyə Komitəsinin keçirilmiş iclasında Topaz Premyer Liqasında çıxış edən klublarda İdarə heyətinin yaradılması ilə bağlı qərar qəbul olundu. Azerisport.az xəbər verir ki, bununla əlaqədar olaraq "Sumqayıt" Futbol Klubu da Müşahidə Şurası yaradıb.
 
Sözügedən klub Müşahidə Şurasının tərkibini elan etmək məqsədi ilə bu gün mətbuat konfransı təşkil edib. Sumqayıt İdman Mərkəzində baş tutan tədbirdə “Sumqayıt”ın prezidenti Kamran Quliyev çıxış edib və Müşahidə Şurasının üzvlərini açıqlayıb:

“Müşahidə Şurası yeddi nəfərdən ibarət olacaq. Bu şura klubla bağlı qəbul olunan qərarları təsdiqləyəcəklər. Müşahidə Şurasına “Sumqayıt”a faydalı ola biləcək hər kəs daxil ola bilər: deputat, müğənni, rejissor, sıravi azarkeş. Əsas olan iş görməkdi”.

“Sumqayıt”ın Müşahidə Şurasının üzvləri bunlar olacaq:
Milli Məclisin deputatı, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri – Muxtar Babayev
Milli Məclisin deputatı – Hacı Salayev
Sumqayıtın İcra Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri – Elgün Həbibullayev
“Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri – Mürsəl Rüstəmov
“Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri - Vaqif Ömərov
Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi – Telman Salahov
Əməkdar məşqçi – Telman Salahov
 
Quliyev həmçinin bildirib ki, MŞ digər məsələlərlə də məşğul olacaq: “Şura “Sumqayıt”la bağlı müxtəlif layihə və aksiyalara baxacaq. Şura üzvləri mütəmadi toplaşacaqlar. Hələlik vaxtla bağlı dəqiq qərar verməmişik. Şuranın hansı müddətə qədər fəaliyyətdə olacağına ilk toplantımızda aydınlıq gətirəcəyik”.

“Artıq bundan sonra klub prezidenti Müşahidə Şurasından asılı olacaq. Prezidenti də onlar seçəcəklər. Müşahidə Şurasının üzvləri də burda daimi olmayacaqlar. Onlardan da hansısa kluba faydalı olmayacaqsa, başqasıyla əvəzlənəcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.