27 sentyabr 2013 14:09
Ponomaryov: Azərbaycanın Rusiyanı məğlub edəcək qədər güclü yığması yoxdu
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi İqor Ponomaryov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Rusiya ilə oyun çətin olacaq. Çünki rəqib komandanın planlarına xal itkisi daxil deyil. Fikrimcə, bizim bu oyunda şanslarımız çox azdı. Ən azından ona görə ki, buna qadir olan güclü yığmamız yoxdu. Ötən illərlə müqayisədə elə də ciddi dəyişiklik gözə çarpmır”.
Qeyd edək ki, Azərbaycan – Rusiya matçı oktyabrın 15-də Bakıda keçiriləcək.