27 sentyabr 2013 14:28
Aqil Məmmədov: Bakıya qarşı hücum futbolu oynaya bilmərik
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 8-ci turunun “Bakı” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu oyuna yaxşı hazırlaşmışıq. Əgər “Neftçi” ilə oyundakı kimi oynasaq, yaxşı nəticə qazana bilərik. Şübhəsiz ki, “Bakı”ya qarşı da müdafiədən oynamalı olacağıq. Çünki paytaxt klubuna qarşı hücum futbolu sərgiləyəcək gücdə deyilik. Əsas hədəfimiz uduzmamaqdı”.