27 sentyabr 2013 14:43
“Ümid edirəm, oyundan sonra sevinən tərəf biz olacağıq”
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 8-ci turunun “Rəvan”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Minimum dörd futbolçumuz bu və ya digər səbəblərdən bu oyunu buraxmalı olacaq. Amma bu problemlərə rəğmən, AZAL komanda oyununa görə həmişə güclü olub. Odu ki, qarşıdakı oyunda da qalib gəlməliyik. Baxmayaraq ki, “Rəvan” asan yenilən komandalardan deyil. İstənilən halda çox ümid edirəm ki, oyundan sonra sevinən tərəf biz olacağıq”.