27 sentyabr 2013 15:05
Milinko Pantiç: Qarşılaşmadan 3 xalla ayrılmaq əsas hədəfimizdi
"Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 8-ci turunda qarşılaşacaqları “Sumqayıy”la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, serbiyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bunları deyib:
“Artıq ardıcıl iki oyundu xal itiririk. Bu üzdən növbəti görüşdə mütləq qələbə qazanmalıyıq. Komandada heç bir problem yoxdu. Premyer Liqadakı hər bir matç bizim üçün final oyunu kimi qəbul olunur. ”Sumqayıt” rahat udulası komanda deyil. Gənc futbolçulardan qurulmuş rəqibə hörmətlə yanaşırıq. Ancaq qarşılaşmadan 3 xalla ayrılmaq əsas hədəfimizdi”.
