28 sentyabr 2013 19:06
Milinko Pantiç: Çətin qələbə qazandıq
"Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt”la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qalib gəldiyimiz üçün şadam. Çətin qələbə qazandıq. “Sumqayıt” yaxşı komandadı, klubun rəhbərliyini bu cür komanda yaratdığı üçün təbrik edirəm. “Qəbələ”yə qalib gəlmişdilər, ötən turda isə “Neftçi” ilə heç-heçə etdilər. İlk hissədən sonra komandam özünü itirmədi, 90 dəqiqə səbrlə oynadıq və bizə lazım olan qolu vurduq. Bu cür oyunlar minimal hesabla başa çatır. Ötən mövsüm “Sumqayıt” komandamızdan 4 xal almışdı”.
