28 sentyabr 2013 21:25
Qurban Qurbanov: Bu oyunda yalnız qol çatışmadı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilmiş “Neftçi” ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Maraqlı oyun oldu. Bu cür oyunda yalnız qol çatışmadı. Oyunun sonuna kimi komandalar tempi aşağı salmadı. Komanda verilən tapşırıqları sona kimi yerinə yetirdi. Qol epizodları da yaratdıq, səhvlərimiz də oldu. Daha da yaxşı oynamağa çalışacağıq”.
