28 sentyabr 2013 21:32
Tərlan Əhmədov: Bir xal da bir nəticədi
“Neftçi”nin baş məşqçi əvəzi Tərlan Əhmədov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilmiş “Qarabağ”la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandalar əzmkar oyun göstərdi, meydanda əsl mübarizə var idi. Komandalarımız arasındakı oyunlar milli çempionatlar tarixində həmişə gərgin keçir. Hər iki komandanın qol imkanları oldu. Bir xal da bir nəticədi. Qarşıda 28 tur var, bugünkü oyunu unudub, qarşıdakı turları düşünməliyik”.
