28 sentyabr 2013 21:44
Bakı - Sumqayıt oyununda simulyasiya epizodu (VİDEO)
Bu gün Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Bakı" ilə qarşılaşan "Sumqayıt" oyununun baş hakimi Elvin Əsgərovdan narazı qalıb. Azerisport.az xəbər verir ki, 34-cü dəqiqədə "Sumqayıt"ın hücumçusu Vüqar Əsgərov cərimə meydançası daxilində yıxılıb.
Bu zaman "Sumqayıt" tərəfi hakimdən penalti gözləsə də, referi futbolçuya simulyasiyaya görə sarı vərəqə göstərib. Bu da qonaq komandanı narazı salıb.
Artıq PFL epizodun görüntüsünü yayımlayıb. Epizoddan da görünür ki, hakim haqlı qərar verib.
