28 sentyabr 2013 23:00
Popoviç ehtiyatda qaldı, Usim Nduka 90 dəqiqə oynadı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Tavşanlı Linyitspor” klubu da bu gün növbəti matçına çıxıb.
Azərbaycan millisinin sabiq futbolçusu Usim Nduka ilə qapıçı Andrey Popoviçin heyətində yer aldığı bu komanda səfərdə “Mersin İdmanyurdu” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Usim ənənəvi olaraq yenə start heyətdə meydana çıxıb və sonadək oynayıb. Popoviç isə ehtiyatda qalıb.
Qeyd edək ki, “Tavşanlı Linyitspor” hazırda 6 xalla 15-ci pillədə qəraraşıb.
Türkiyə PTT Birinci Liqası
7-ci tur
28 sentyabr
Mersin İdmanyurdu - Tavşanlı Linyitspor - 2:0
