28 sentyabr 2013 11:05
Simurq Qəbələ ilə oyuna iki itki ilə çıxacaq
Topaz Premyer Liqasının 8-ci turuna hazırlıqları davam etdirən "Simurq" "Şəfa” stadionunda növbəti məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, iki saata yaxın davam edən sonuncu məşqdə Georgi Çixradzenin yetirmələri əsasən taktiki təmrinlər ibarət çalışmaları yerinə yetirib.
İkitərəfli oyundan sonra isə müxtəlif "ev tapşırıqları" hazırlanıb, qapıya zərbələr yerinə yetirilib. "Simurq" bu gün axşam saatlarında növbəti məşqinə çıxaraq "Qəbələ"ylə oyunun hazırlığını tamamlayacaq və istirahətə çəkiləcək.
Komandanın heyətində Draqan Çeran cəzalı olduğundan, Rövşən Əmiraslanov isə köhnə zədəsində yenidən ağrıların olması səbəbindən bu görüşdə forma geyinə bilməyəcək.
Qeyd edək ki, "Simurq" - "Qəbələ" oyunun sentyabrın 29-da, saat 18:00-da "Şəfa” stadionunda keçiriləcək və İdman Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq.
