29 sentyabr 2013 21:00
Ruslan Abışov Rubinin daha bir məğlubiyyətini izlədi (YENİLƏNİB)
Futbol üzrə Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu tur “Krasnodar”la üz-üzə gəlib.
Oyun rəqib meydanında keçirilib. Həmyerlimizin komandası bu görüşü də məğlub başa vurub.
“Rubin”in baş məşqçisi Kurban Berdiyevin Ruslana bu dəfə şans verib-verməyəcəyi maraqla gözlənilirdi. Millimizin üzvü görüşü sonadək ehtiyatda izləyib.
Qeyd edək ki, “Rubin” geridə qalan turlarda cəmi 11 xal toplaya bilib və 11-ci pillədə qərarlaşıb.
Rusiya Premyer Liqası
11-ci tur
29 sentyabr
Krasnodar - Rubin - 1:0
