29 sentyabr 2013 19:58
Millimizin forvardı Elazığsporla oyunda qələbəyə sevindi (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Super Liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə “Elazığspor”la üz-üzə gəlib. Qarşılaşma Sivas təmsilçisinin çətin qələbəsi ilə başa çatıb.
Cihanın bu oyunun iştirakçısı olub-olmayacağı maraqla gözlənilirdi. Baş məşqçi Roberto Karlos ona ehtiyat oyunçular arasında yer versə də, matçın 90-cı dəqiqəsində döyüşə atıb.
Qeyd edək ki, “Sivasspor” geridə qalan turlarda 9 xal toplayıb və hazırda 7-ci sıradadı.
Türkiyə Super Liqası
6-cı tur
29 sentyabr
Elazığspor - Sivasspor - 2:4
