29 sentyabr 2013 23:00
Quliyevsiz Kahramanmaraşspor Karşıyakadan xal aldı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Quliyevin çıxış etdiyi “Kahramanmaraşspor” klubu da bu gün növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə “Karşıyaka” ilə qarşılaşıb. Görüşdə hesab açılmayıb.
Futbolçumuzun bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, Quliyev bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Kahramanmaraşspor” hazırda cəmi 2 xal toplaya bilib və sonuncu - 19-cu pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
7-ci tur
29 sentyabr
Karşıyaka - Kahramanmaraşspor - 0:0
