29 sentyabr 2013 22:55
Davud Kərimisiz Fethiyespor 1 xal qazandı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Davud Kəriminin çıxış etdiyi “Fethiyespor” klubu da bu gün növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə “Adanaspor”la qarşılaşıb. Görüş heç-heçə ilə yekunlaşıb.
Qapıçımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, Kərimi bu oyunun iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Fethiyespor” geridə qalan turlarda 4 xal toplayıb və hazırda 17-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
7-ci tur
29 sentyabr
Adanaspor - Fethiyespor - 1:1
