29 sentyabr 2013 20:36
“Qırmızı vərəqə bizi müdafiədə oynamağa məcbur etdi”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilmiş “Qəbələ” ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyuna yaxşı başladıq. Rəqibimiz çempionatın liderlərindəndi, güclü komandadı. İlk hissədə aldığımız qırmızı vərəqə bizi müdafiədə oynamağa məcbur etdi. Azlıqda qalmağımıza baxmayaraq, komanda yaxşı oynadı. Rəqibə qarşı əks-hücumlarda oynadıq. İkinci hissənin sonlarına yaxın isə qol buraxmamaq haqqında düşünürdük. Komandama mübarizəyə görə təşəkkür edirəm”.
