29 sentyabr 2013 20:41
Yuri Syomin: Hücumlarda son vuruş çatışmırdı
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilmiş “Simurq”la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin rusiyalı çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Həm müdafiədə, həm də hücumda yaxşı oynadıq, qol imkanlarımız oldu. Təəssüf ki, hücumlarda son vuruş çatışmırdı. Bütün hücumçularımızdan istifadə etdik, lakin lazım olan qolu vura bilmədik. “Simurq” çempionatda ən az qol buraxan komandalardandı. Qarşıdakı oyunlara hazırlaşacağıq”.
